Qurbanlının komandası yenə məğlubiyyətlə üzləşdi

Futbol üzrə Moldova çempionatında 14-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Orxan Qurbanlının formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Milsami” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

Orxan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 79-cu dəqiqədə əvəzlənib.

Keçirdiyi 14 oyunda 14 xal toplayan “Dinamo-Avto” 8 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.