Qurban Qurbanov: “Yaxşı oyunla vacib qələbə qazandıq”

“Qarabağ”ın baş məşqçi Qurban Qurbanov Premyer Liqanın 24-cü turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 3:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

  • Futbolçularımı təbrik edirəm. Vacib qələbə qazandıq. Həm də yaxşı oyunla. Bundan əvvəlki oyunlarda bu rəqibə qalib gələ bilmirdik. Bu gün hesab 3:0 olsa da, rəqib pis oynamadı. Elşad Əhmədovu təbrik edirəm. Oyundan oyuna daha yaxşı olurlar.
  • Bundan sonrakı turlarda ən çətin oyun hansını görürsüz?
  • Növbəti oyun. Sona az qalıb. Hər oyun daha çətin olur, daha böyük məsuliyyət tələb edir. Hər növbəti oyun daha çətin olacaq.
  • Reynaldo və İnnosent Emeqara nə üçün ehtiyatdadı?
  • Digər futbolçular heç də pis oyun sərgiləmir. Onları da qarşıdakı oyunlarda əsas heyətdə görə bilərik.
  • Məlumatlar yayılıb ki, “Qarabağ” bəzi legionerlərlə yollarını ayıracaq…
  • Hələ heç bir futbolçuyla bağlı qərar verilməyib. Əlbəttə ki, yenə də dəyişikliklər olacaq.

Şahin Cəfərov