Qurban Qurbanov: “Hər iki komanda üçün asan olmayacaq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Kiprin APOEL klubu ilə qarşılaşacaqları oyundan əvvəl mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Qurbanov, jurnalistlərlə görüşdə bunları deyib:

– Bizim üçün hər oyun vacibdir. Onlardan biri də sabah oynayacağımız oyundur. Hamımız qələbə gözləyirik. Çalışırıq ki, intizamlı oyun oynayaq. Pis hazırlaşmamışıq, çalışacağıq ən yaxşı oyunlarımızdan birini oynayaq.

  • Mahir Emreli və Xayme Romero hazırdırmı?
  • Mahir və Xayme komanda ilə məşqlərə başlayıb. Sabaha kimi vaxtımız var, qəti qərarı səhər məşqimizdən sonra verəcəyik. 18-likdə olmaq ehtimalları çoxdur.
  • Araz Abdullayev heyətdə olacaq?
  • 18-likdə olacaq.
  • Üç ay əvvəlki APOEL-lə indiki APOEL arasında hansı fərq var?
  • O vaxt təzə baş məşqçi gəlmişdi, komanda həddən artıq istəkli idi. O zaman bundan narahat idik. Oyun üslublarını da dəqiq bilmirdik. Bunu hardasa təxmin etmişdik, ancaq bizim üçün asan olmadı. İndi daha çox bir yerdədirlər və məşqçinin dediklərini tam anlayırlar. İndi daha təcrübəli olublar. Hər çətinliyə hazır olmağa çalışırıq.
  • Bu oyun “Qarabağ”ın qrupdan çıxmaq ehtimalını neçə faiz həll edər?
  • Əvvəlki nəticələri görmüsüz. APOEL-in “Düdelanj”a uduzmasını heç kim gözləmirdi. Hər üç komandanın qrupdan çıxmaq ehtimalı var. Sonda bilinəcək.
  • Eyni komanda ilə üçüncü dəfə qarşılaşmaq psixoloji cəhətdən necə hissdir?
  • Üstün cəhətləri var, digər tərəfdən də, mənfi. Hər iki komanda üçün asan olmayacaq. Həm biz, həm də APOEL bir-birimizi yaxşı tanıyırıq. Bu oyunda istəkli olmalıyıq. Öz oyun üslubumuz var və bunu yaxşılaşdırmalıyıq. Çempionatda belə, 4 dövrədir və bir rəqibə qarşı çox oynayırıq.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button