Qurban Qurbanov: “Hər dəfə deyirəm, amma heç bir dəyişiklik yoxdur”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri cavab oyununu (3:1, ilk oyun 1:0) şərh edib.

Komanda.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

  • Ağır oyun oldu, futbolçularıma təşəkkür etdim. Hər birimiz ağır dövr keçirdik. İstirahət dövrümüz az olacaq.
  • Yarımfinal mərhələsində rəqib “Sumqayıt”dır. Çempionatdakı məğlubiyyətin qisasını almaq haqqında düşünürsüz?
  • Bu barədə düşünmək üçün tezdir. Kubok fərqli bir turnirdir. Bu oyunlara hazırlaşmaq üçün vaxtımız olacaq. Hər iki komandada dəyişiklik ola bilər. Oyuna yaxın daha ətraflı cavab verə bilərik.
  • Ötən mövsüm qış fasiləsinə 2-ci pillədə yollanmışdız, bu dəfə isə ilk pillədə. Sizcə, “Neftçi” zəifləyib, ya “Qarabağ” güclənib?
  • Hər bir komanda mübarizə aparır. Bu dəfə xal fərqi başqa oldu, amma bu o demək deyil ki, “Neftçi” zəifləyib, ya da biz güclənmişik. Əminəm ki, hər iki komanda qış fasiləsindən sonra daha ciddi hazırlaşacaq.
  • Musa Qurbanlının oyunu necə təsir bağışladı?
  • Hələ debüt oyunu idi. Formalaşması üçün vaxt lazımdır. Fikir bildirmək tezdi. Öz üzərlərində çox çalışmalıdılar.
  • Göndəriləcək futbolçular müəyyənləşib?
  • Bu gün Simeon Slavçevlə yollar ayrıldı. Hələ ki, heç bir fikir deyə bilmərəm. Gətirmək istədiyim futbolçular var. Hər dəfə deyirəm, amma heç bir dəyişiklik yoxdur.
  • Pedro Enrikenin komandaya qaytarılacağı ilə bağlı xəbərlər yayılıb.
  • Danışıqlar olub, amma bu transfer alınmadı.
  • Asmir Beqoviçin gedişindən sonra yeni qapıçı transferi olacaq?
  • Bir neçə variant var, danışıqlar gedir. Hələ “Bornmut” rəhbərliyi ilə danışıqlar olacaq. Amma görünən odur ki, asan həll olunacaq transferə bənzəmir.
  • Vaqner da Silva 4 aydır oynamır. Oyun formasını bərpa etmək çətin olmayacaq?
  • Düşünmürəm, çünki qapıçılar ən az oyun keçirən futbolçularımızdır. Şahruddin də 3 ay idi ki, oynamırdı. Belə problemin olacağını düşünmürəm.
  • “Keşlə” üzərində qələbəyə çox sevindiz, yoxsa gənc futbolçulara görə?
  • Bu barədə düşünməmişdim, amma indi düşündüm. Qələbəyə sevinirik, amma 3-cü qolda gənclər daha çox sevindi.
  • Riçard Almeydanın müqaviləsinin müddəti bitdi. Yeni qərar necə olacaq?
  • Bitdi, amma hələ razılıq olmayıb. Danışıqlara başlamışıq, amma hələ razılaşmamışıq.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button