Qurban Qurbanov: “Bu, məni narahat edir”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Premyer Liqanın 4-cü turunda “Neftçi” ilə qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Qurbanov, 2:0 hesabıyla qalib gəldikləri oyunu belə şərh edib:

  • Futbolçularımı təbrik etmək istəyirəm. Çətin və vacib qələbə əldə etdilər. Oyunçular sona qədər döyüşdülər.
  • “Sevilya” ilə oyun ərəfəsində sizi hansı məqamlar narahat edir?
  • Bəzi futbolçular oyun ritmindən düşmüşdü. Yorğunluq olduqca da top itkiləri oldu. “Sevilya” ilə oyunda topla daha dəqiq oynamalıyıq. Futbolçuların “Sevilya” ilə oyunda daha yaxşı olmalarına ümid edirəm. Top itkiləri məni narahat edir. Oyunçular daha diqqətli olmalıdır.
  • Mövsümün əvvəlində “Qarabağ”ın əsas rəqibinin “Neftçi” olacağı düşünülürdü. “Qarabağ”ın çempionluğu təmin etdiyini demək olarmı?
  • Bu, elə bir oyundu ki, bu fikirlə yanaşsaq, itirərik. Rəqiblərə ciddi yanaşmalıyıq. Xal fərqinin çox olması xoşdu. Ancaq bu o demək deyil ki, çempionluğu təmin etmişik. Bu, bizə və futbolçulara pis təsir edər.
  • Asmir Beqoviçin oyununu necə dəyərləndirirsiz?
  • Yaxşı idi. 4 aya yaxındı futbol oynamırdı. Onun təcrübəsinin bizə fayda verəcəyini düşünürük.
  • İsmayıl İbrahimlinin Avroliqada debüt etməsi nə dərəcə realdır?
  • Qarşıdakı oyunlarda görəcəyik. Təcrübəli futbolçular lazımdır bizə. Bütün oyunlarda daha sabit çıxış etməlidir.
  • Bu gün Aylton Silvanın aqressiv olmasının səbəbi nədir?
  • Onun xarakterində zəiflik var. Bu, məni narahat edir. Daha yaxşı, sabit futbol oynamaq üçün aqressivliyi atmalıdır. Bu, ona maneə ola bilər.
  • Meydançada problemlər vardı.
  • Düzdür, bir az var idi. Mütəxəssislərin dediyinə görə, bu, torpağın dəyişməsi ilə bağlı idi. Bir az torpaqda ağırlıq var idi. Bu, zədəyə də gətirib çıxara bilər. Ancaq başqa variantımız yoxdur. Ümid edirik ki, qarşıdakı oyunlarda daha yaxşı olacaq.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button