“Qrupdakı digər üç komandanın bərabər səviyyəli olduğunu düşünürəm” – “Sivasspor”un prezidenti

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Türkiyənin “Sivasspor” klubunun prezidenti Mecnun Otyakmaz açıqlama verib.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sabah keçiriləcək “Vilyarreal”la oyun barədə danışan klub rəhbəri, qrupla bağlı da fikirlərini bölüşüb:

“Qazanacağımız hər xal çox vacibdir. “Vilyarreal” çox güclü komandadır. Qrupdakı digər üç komandanın bərabər səviyyəli olduğunu düşünürəm. Onların arasında daha yaxşı olan qrupdən ikinci olaraq çıxacaq. İstəyirik ki, həmin komanda biz olaq.

Vacib itkilərimiz var, amma etdiyimiz transferlərlə keçən ildəkindən daha güclü komanda yaratmışıq. İspaniyadan xalla qayıdacağımızı düşünürəm”.