Qrizmannın yerinə 2 namizəd

“Atletiko” Antuan Qrizmannın mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisində fransız futbolçunu əvəz edə biləcək iki əsas namizəd məlum olub. Bu barədə İspaniyanın “As” nəşri məlumat yayıb.

“Atletiko”nun əsas hədəfi “Yuventus”dan Paulo Dibaladır. Cari mövsümdə “Yuventus”un əsas heyətindəki yerini itirən Dibala da Turin təmsilçisindən ayrılmaq istəyir. Dibalanın transferində əsas maneə, onu Avropadan “Atletiko” ilə yanaşı, “Mançester Yunayted” və “Bavariya”nın istəməsidir.

Dibalanın transferi reallaşmasa, “Atletiko” “İnter”dən Mauro İkardini heyətə qatmağa çalışacaq. “İnter”lə problemlər yaşayan İkardiylə isə “Real” və “Yuventus” da maraqlanır.