Qrizmann üçün İtaliyadan 2 “elçi”

“Barselona”nın hücumçusu Antuan Qrizmann qış transfer pəncərəsi dövründə klubunu dəyişə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, fransalı futbolçunun xidmətində “Yuventus” və “İnter” maraqlıdır. Hər iki İtaliya klubu yanvarda futbolçunu heyətinə qatmaq niyyətindədir. Qrizmann da Kataloniya klubundan ayrılmaq istəyir. Baş məşqçi Ronald Kumanın onu fərqli mövqedə oynatmasından narazı olan 29 yaşlı futbolçunun mütəxəssisin sistemini dəyişməyəcəyi halda, komandadan ayrılacağı bildirilir.

Qrizmannın Kataloniya klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.