“Növbəti mövsüm harda oynayacağımı bilirəm” – Qrizmann

İspaniyanın “Atletiko” klubundan ayrılacağını açıqlayan Antuan Qrizmann gələcək karyerası ilə bağlı açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı hücumçu, transferlə bağlı qərarını verdiyini deyib:

“Növbəti mövsüm harda oynayacağımı bilirəm. Artıq qərarımı vermişəm. Çox yaxın zamanda rəsmi açıqlama veriləcək”.

Fransa millisinin şərəfini qoruyan futbolçu ilə “Barselona” və PSJ-nin yaxından maraqlandığı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button