Simeone: “Qrizmann dünyanın ən yaxşı futbolçularından biridir”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Antuan Qrizmannın klubdakı çıxışını şərh edib.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, o, Qrizmannın düşdüyü vəziyyətdən çıxa biləcəyini deyib:

“Düzdür, Antuan bir neçə oyunda qol vurmadı, buna öyrəşmişik. Lakin o, klub tarixində ən çox iş görən oyunçulardan biridir. Onun düşdüyü vəziyyətdən çıxacağına şübhəm yoxdur. O, dünyanın ən yaxşı oyunçularından biridir”.

Antuan Qrizmann bu mövsüm “Atletiko”nun heyətində bütün turnirlərdə 31 oyuna çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button