“Qol vurmaq həmişə futbolçuya zövq verir” – Ağabala Ramazanov

“Səbail”in hücumçusu Ağabala Ramazanov Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Zirə” üzərində qazandıqları qələbəni və vurduğu qolu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları söyləyib:

“Əlbəttə, qol vurmaq həmişə futbolçuya zövq verir. Lakin qalib gələ bilməyimiz daha vacibdi. Bu cür qələbələr komandaya əlavə inam hissi verir. Turnirin yekun hissəsi yaxınlaşır və bu, 4-cü dövrəyə uğurlu başlamaq üçün yaxşı bir fürsət oldu”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button