“Qol imkanlarımızdan istifadə edə bilmirik” – Elşad Əhmədov

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:3 hesabıyla uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

– Oyuna pis başlamadıq. Hücumda problemlərimiz var. Qol imkanlarımızdan istifadə edə bilmirik. İkinci hissədə müdafiədə səhv etdik və rəqib qol vurdu. 0:2-dən sonra futbolçularda düşkünlük hiss olundu.

– Meydanın vəziyyəti oyununuza nə dərəcə təsir edirdi?
– Hiss olunurdu. Uşaqlar əziyyət çəkirdi. Buna baxmayaraq, yenə də oynamalıydıq. Oyunun sonlarında futbolçularda psixoloji düşkünlük daha çox özünü göstərdi.

– Saşa Stamenkoviçin çıxışından razı qaldızmı?
– Saşanın çox xeyri olub komandaya. Bu gün səhvləri oldu. Futbolda belə şeylər olur. O, bizim üçün vacib futbolçulardandı.

– İki məğlubiyyətdən sonra komandada psixoloji düşkünlük olur…
– Psixoloji durum aşağı səviyyədə olacaq. Bunu qaldırmağa çalışmalıyıq.

– “Qarabağ”la oyunda xal aldıqdan sonra sanki komandada arxayınlıq hissi var idi…
– Bu, “Neftçi” ilə oyunda hiss olunurdu. Ancaq bu gün arxayınlıq hissi yox idi.

– Təmkin Xəlilzadənin əsas heyətdə olmamasının səbəbi nə idi?
– İki gün idi məşq edirdi. Keçən oyunda da qızdırmalı idi. Buna görə start heyətdə olmadı.

Şahin Cəfərov