“Qol buraxmasaq, qələbə qazana bilmərik” – Maquayr

Yay transfer pəncərəsi dövründə “Lester”dən “Mançester Yunayted”ə transfer olunan Harri Maquayr açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Premyer Liqanın ilk turlarında göstərdiyi oyunu dəyərləndirən 26 yaşlı futbolçu, bunları deyib:

“Komanda olaraq müdafiəyə çox əhəmiyyət verməliyik. Qol buraxmasaq, qələbə qazana bilmərik. Hücum xəttində hər oyunda qol vura biləcək qədər potensialımız var.

Viktor Lindelöflə bir-birimizi meydanda çox yaxşı başa düşürük, daha da yaxşı olacağımıza əminəm. Məşqlərdə daha yaxşı çalışmağa davam etməliyik. Təkcə Viktor və mən deyil, hər birimizin meydanda yaxşı anlaşmağımız lazımdır”.

“Lester”dən 87 milyon avro müqabilində transfer olunan Maquayr, futbol tarixinin ən bahalı müdafiəçisi ünvanını qazanıb.

Premyer Liqada keçirdiyi 5 turdan sonra 8 xal toplayan “qırmızı şeytanlar” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.