“Globe Soccer” – 2019: Namizədlər müəyyənləşdi

“Globe Soccer” – 2019 mükafatına namizədlərin adları açıqlanıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ən yaxşı futbolçu, məşqçi və komandanın müəyyənləşdiyi mükafatın builki namizədləri məlum olub. Ən yaxşı futbolçu mükafatına namizədlər arasında “Liverpul”un 4 futbolçusu yer alıb.

Ən yaxşı futbolçu:
Kriştiano Ronaldo (“Yuventus”), Lionel Messi (“Barselona”), Bernardo Silva (“Mançester Yunayted”), Məhəmməd Salah, Alisson Bekker, Sadio Mane, Vircil van Dayk (hamısı “Liverpul”);

Ən yaxşı məşqçi:
Yurgen Klopp (“Liverpul”), Erik ten Haq (“Ayaks”), Fernando Santuş (Portuqaliya millisi), Camel Belmadi (Əlcəzair millisi), Massimiliano Alleqri (“Yuventus”);

Ən yaxşı komanda:
“Liverpul”, “Ayaks”, “Lion” (qadınlar komandası).

Qaliblərin mükafatlandırılması mərasimi dekabrın 29-da, Dubayda keçiriləcək. “Globe Soccer” mükafatı Avropa Klubları Birliyi və Avropa Futbol Agentləri Birliyi tərəfindən təşkil olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button