“Qızıl top”un sahibi kim olacaq? – Messi sıralamadan kənarda qaldı


“Qızıl top”a namizədlərin yeni sıralaması açıqlanıb.

Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, mükafatın son sahibi olan Lionel Messi sıralamadan kənarda qalıb.

Messidən sonra bu mükafata ən çox sahib olan Kriştiano Ronaldo isə 20-ci pillədə qərarlaşıb.

Siyahıya “Bayern”nin polşalı hücumçusu Robert Levandovski başçılıq edir. Kərim Benzema və Məhəmməd Salah isə “qızıl top” uğrunda onun ən yaxın rəqibləridir.

Sıralamanı təqdim edirik:

1. Robert Levandovski – “Bayern” 

2. Kərim Benzema – “Real”

3. Məhəmməd Salah – “Liverpul”

4. Kilian Mbappe – PSJ 

5. Luka Modriç – “Real” 

6. Sadio Mane – “Liverpul”

7. Bernardo Silva – “Mançester Siti”

8. Riyad Mahrez  – “Mançester Siti” 

9. Vinisius Junior – “Real”

10. Trent Aleksander Arnold – “Liverpul”

11. Dioqo Jota – “Liverpul”

12. Eduard Mendi – “Çelsi”

13. Tomas Müller –  “Bayern”

14. Kevin De Bruyne –  “Mançester Siti”

15. Kristofer Nkunku – “Leyptsiq”

16. Fil Foden – “Mançester Siti”

17. Duşan Vlahoviç – “Yuventus”

18. Sebastyen Haller – “Ayaks”

19. Erlinq Haland – “Borussiya” D

20. Kriştiano Ronaldo – “Mançester Yunayted”