“Təkrar edirəm, hələ daha bir neçə il futbol oynayacam” – Messi

“Qızıl top” mükafatını qazanan Lionel Messi açıqlama verib.

Komanda.az xəbər verir ki, “Marca” nəşrinə danışan argentinalı hücumçu, karyerasının sonlarına yaxınlaşdığını deyib:

“Şükürlər olsun ki, uşaq yaşlarımdan bəri sevdiyim işlə məşğulam. Bir neçə il daha bu işlə məşğul olacam. Artıq nə qədər yaşlandığımı yaxşı bilirəm və bu səbəbdən, belə mükafatlar qazanmaq daha xoşdur. Çünki karyeranın sonlarına yaxın işlər çətinləşir. Təkrar edirəm, hələ daha bir neçə il futbol oynayacam. Zaman çox tez keçir. Ümid edirəm ki, futboldan, ailəmdən, rəqiblərimdən zövq almağa davam edəcəm”.

Messi karyerasında 6-cı dəfə “qızıl top”u qazanıb. Argentinalı hücumçunun klubu “Barselona” ilə 2021-ci ilin yayına qədər müqaviləsi var.