“Qisas almaq haqda düşünmürük” – Kurtua

“Real” bu gün Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində öz meydanında PSJ ilə qarşılaşacaq.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Real”ın qapıçısı Tibo Kurtua bu oyunla bağlı açıqlama verib. Belçikalı futbolçu Parisdə keçirilən ilk oyunda PSJ-yə 0:3 hesabı ilə məğlub olduqlarını yada salaraq, bu gün meydana intiqam hissiylə çıxmayacaqlarını deyib:

“Qisas almaq haqda düşünmürük. İlk oyundakı məğlubiyyətdən dərs aldıq. İntiqam yox, Çempionlar Liqasını qazanmaq istəyən böyük bir komandanı məğlub etmək arzumuz var. Nə qədər yaxşı bir komanda olduğumuzu göstərməliyik”.

“Real” – PSJ matçı bu gün, saat 00.00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button