Elvin Yunuszadənin yeni klubu – Bu dəfə Avropaya

Qış transfer pəncərəsi dövründə “Səbail”lə yollarını ayıran Elvin Yunuszadə karyerasını Bosniya və Herseqovinada davam etdirməyə yaxındır.

Komanda.az xəbər verir ki, 27 yaşlı müdafiəçi “Çelik” klubuna keçməyə yaxındır. Elvinin Zenitsa təmsilçisi ilə danışıqlar apardığı və transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.

“Çelik” klubunun baş məşqçisi türkiyəli mütəxəssis Ümit Özatdır. Komanda Bosniya və Herseqovina Premyer Liqasında mübarizə aparır.

“Neftçi”, “Qarabağ”, “Sabah”, “Səbail” kimi klubların formasını geyinən Elvin, 3 dəfə də Azərbaycan milli komandasının şərəfini qoruyub və bir qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button