“Qırmızı şeytan” A Seriyasında

İngiltərənin “Mançester Yunayted” klubunun müdafiəçisi Dioqo Dalot karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı futbolçu “Milan”da çıxış edəcək. “Qırmızı-qaralar” futbolçunu icarə əsasında heyətinə qatmaq üçün “Mançester Yunayted”lə anlaşıb. Razılığa əsasən, Dalot cari mövsümü “Milan”da keçirəcək. Futbolçu ilə müqaviləyə birdəfəlik transfer etmək bəndi də daxil ediləcək.

Portuqaliyalı futbolçunun “Mançester Yunayted”lə müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button