“Qarabağ”ın futbol oynamağı bilən yaxşı heyəti var”

Qazaxıstanlı futbol mütəxəssisi Pavel Yevteyev “Kayrat”ın Konfrans Liqasında “Qarabağ”a məğlubiyyəti haqda danışıb.

Komanda.az “prosports.kz” saytına istinadən xəbər verir ki, keçmiş yarımmüdafiəçi, Qazaxıstan təmsilçisinin 1:2 hesabıyla uduzduğu görüşlə bağlı bunları deyib:

“Qarabağ”ın futbol oynamağı bilən yaxşı heyəti var. Amma “Kayrat” yaxşı oyun keçirdi. Qazaxlar qalib gəlmək əzmində idilər, şansları oldu, lakin sonda nəticə ürəkaçan olmadı.

“Kayrat” sona qədər dözə bilmədi. Son dəqiqələrdə qol buraxmaq çox məyusedicidir.

“Qarabağ” ilk hissədə daha texnikalı və fərdi baxımdan yaxşı oyun göstərdi. İkinci hissədə sürəti artırdılar və qələbə qazandılar. Üstəlik, meydan amili və azarkeşlər də nəticəyə təsir göstərdi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button