Emil Balayev BƏƏ-yə yollandı

Qazaxıstanın “Tobol” klubu bu gün yeni mövsümün hazırlıqlarına start verəcək.

Komanda.az xəbər verir ki, Kostanay təmsilçisinin təlim-məşq toplanışı Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Tobol”un baş məşqçisi Qriqori Babayan Azərbaycan millisinin üzvü Emil Balayevi də toplanışa dəvət edib.

“Tobol”un BƏƏ-dəki toplanışı yanvarın 27-nə qədər davam edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button