Qazaxıstan mətbuatının Emil Balayev arzusu

Qazaxıstan mətbuatı “Kaysar”ı gücləndirə biləcək üç qapıçının adını açıqlayıb.

Komanda.az xəbər verir ki, “vesti.kz” saytı siyahıya hazırda “Zirə”nin şərəfini qoruyan Emil Balayevi də daxil edib. Xəbərdə bildirilib ki, daha əvvəl “Tobol”da çıxış edən Balayevin “Zirə” ilə müqaviləsi iyunun sonunda başa çatır ki, bu da qolkiperin legioner həyatı yaşamaq arzusunu göstərir. “Kaysar”ın Emillə güclənə biləcəyini deyən mənbə, klubun avrokuboklarda mübarizə aparmasını azərbaycanlı qapıçı üçün müsbət hal olduğunu və Balayevin bu fürsəti dəyərləndirə biləcəyini qeyd edib.

Mənbə, Emilin transfer qiymətini 950 min avro olaraq dəyərləndirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button