Qazaxıstan klubunda koronavirus şoku: 25 nəfər yoluxdu

Qazaxıstanın “Kaysar” klubunun 10 futbolçusunda koronavirus aşkarlanıb.

Komanda.az “Sports.kz”a istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Stoyço Mladenov məlumat verib.

Mütəxəssis, gənclər komandası ilə birlikdə ümumilikdə 25 nəfərin koronavirusa yoluxduğunu bildirib. Komandanın məşqləri dayandırılıb.

“Kaysar” çempionatın növbəti turunda “Taraz”la qarşılaşmalıdır. Oyunun taleyi ilə bağlı tezliklə qərar veriləcək.