“Qazanılacaq qələbə çempionluq mənasına gəlir” – Kyellini

İtaliya A Seriyasının növbəti turunda “Napoli” ilə qarşılaşacaq “Yuventus”un müdafiəçisi Corco Kyellini açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı futbolçu, bu matçda çempionluğun taleyinin həll edilə biləcəyini deyib:

“Napoli” çempionluq yarışını yenidən başlatmaq və bizim qədər güclü olduqlarını sübut etmək üçün oynayacaq. Biz isə çempionluq yarışını bitirmək üçün “Napoli”ni məğlub etmək istəyirik. Qazanılacaq qələbə çempionluq mənasına gəlir”.

İtaliyalı futbolçu, “Napoli”dən ayrılaraq, Çinə gedən Marek Hamşik haqqında da danışıb:

“Hamşikə hörmət edirəm, “Napoli”də tarix yazdı. O, vacib bir qərar verdi. Hələ klubundan ayrılmasını gözləmirdim, amma bu qərara hörmət etməliyik”.

“Qoca sinyora” A Seriyasında keçirdiyi 25 turdan sonra 69 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb və “Napoli”ni 13 xal qabaqlayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button