Qattuzonu kim əvəzləyəcək?

“Milan” mövsümün sonunda baş məşqçisi Cennaro Qattuzo ilə yollarını ayıracaq.

Komanda.az xəbər verir ki, İtaliya mətbuatı 41 yaşlı mütəxəssisin yerinə gələ biləcək 4 namizədi açıqlayıb. Bunlar Eusebio Di Françesko, Canpyero Qasperini, Lenardo Jardim və Marko Campaolodur. Bu 4 mütəxəssisdən yalnız Eusebio Di Françesko hazırda işsizdir. Qasperini “Atalanta”nı, Jardim “Monako”nu, Campaolo isə hazırda “Sampdoriya”nı çalışdırır.

“Milan” rəhbərliyinin əsas məqsədi baş məşqçi postuna Mauritsio Sarrini gətirmək olsa da, italyan mütəxəssis menecerləri vasitəsi ilə “Çelsi”dən ayılmaq istəmədiyini bildirib.

“Milan” A Seriyasında 34 turdan sonra 56 xalla 7-ci sıradadır.