“Tottenhem”in futbolçusu azarkeşlə dalaşdı – video

“Tottenhem” İngiltərə Federasiya kubokunun 1/8 finalında “Norviç”lə qarşılaşıb.

Komanda.az xəbər verir ki, qarşılaşmadan sonra “Tottenhem”in futbolçusu Erik Dayer azarkeşlərin biriylə mübahisə edib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Əvvəlcə yerli fanatla sözlü mübahisə edən Dayer, daha sonra tribunaya çıxaraq, azarkeşə yaxınlaşıb. Stadion işçilərinin müdaxiləsindən sonra Dayer tribunadan uzaqlaşdırılıb.

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo azarkeşin Dayerin ailəsini təhqir etdiyini və futbolçunun bu səbəbdən mübahisəyə qarışdığını bildirib.

“Tottenhem” əsas vaxtı 1:1 hesabıyla bitən qarşılaşmanın penaltilər seriyasında “Norviç”ə 2:3 hesabıyla uduzaraq, turnirlə vidalaşıb.