“Qarabağ”sız rəmzi komanda

Azərbaycan Premyer Liqasının 20-ci turunun rəmzi komandası məlum olub.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, son turda öz meydanında “Zirə” ilə qolsuz bərabərə qalan “Qarabağ”ın heç bir futbolçusu rəmzi komandada yer almayıb:

Qapıçı: Kamal Bayramov (“Zirə”);

Müdafiəçilər: Azər Salahlı (“Keşlə”)-3, Kiril Petrov (“Neftçi”)-4, Mamadu Mbodj (“Neftçi”), Cabir Əmirli (“Keşlə”)-2;

Yarımmüdafiəçilər: Stiven Monroz (“Qəbələ”)-5, Valeri Kutsenko (“Keşlə”), Mamadu Kane (“Neftçi”), Namiq Ələsgərov (“Neftçi”);

Hücumçular: Conatan Ayite (“Keşlə”), Ceyms Adeniyi (“Qəbələ”)-6.

Qeyd: Futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.