“Qarabağ”la oyunu səbirsizliklə gözləyirəm”

Çexiyanın “Viktoriya” (Plzen) komandasının yarımmüdafiəçisi Lukaş Kalvax UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri oyunlardan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, 27 yaşlı futbolçu qarşıya qoyulan vəzifənin öhdəsindən gələcəklərinə inandığını bildirib:

“Pley-off oyununu səbirsizliklə gözləyirəm. Çünki əvvəllər heç vaxt belə bir görüşün iştirakçısı olmamışam. Azarkeşlərimizlə birlikdə istədiyimizə nail ola bilərik. Həqiqətən istədiyimiz və uğrunda mübarizə apardığımız böyük uğura iki görüş qalıb”.

Avqustun 17-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Viktoriya” matçına saat 20:45-də start veriləcək. Bu komandalar arasındakı cavab görüşü isə ayın 23-də Plzendə baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button