“Qarabağ”la oyundan öncə xal itkisi ilə üzləşdi – “Omoniya”

Futbol üzrə Kipr çempionatında 4-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Avropa Konfrans Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Omoniya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Pafos”la qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

“Omoniya” 4 turdan sonra 4 xalla 12 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.

“Qarabağ”ın “Omoniya” ilə ilk oyunu sentyabrın 30-da səfərdə, ikinci qarşılaşması isə noyabrın 25-də Bakıda baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button