“Qarabağ”la oyunda həm özümüz, həm də Türkiyə üçün mübarizə aparacağıq” – Çalımbay

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Sivasspor”un baş məşqçisi Rıza Çalımbay Türkiyə Super Liqasının son turunda keçirdikləri “Fatih Karagümrük”lə oyundan sonra açıqlama verib.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1:1 hesabı ilə başa çatan oyunu dəyərləndirən mütəxəssis, Avropa Liqasının növbəti turunda keçiriləcək “Qarabağ”la oyuna da toxunub:

“Futbolçularımızdan 5-i koronavirusa yoluxub, 4-ü isə zədəlidir. Heyəti formalaşdırmağa çətinlik çəkirik. Oyunun əvvəlindən yaxşı mübarizə apardıq. Rahatlıqla bu oyunda qələbə qazana bilərdik, amma hakimlər imkan vermədi. Bir neçə dəfə hakim haqsızlığı ilə üzləşmişik. Fikrimcə, hakimlərimizdən heç biri oyun idarə etməyə tam hazır deyil.

Bir neçə gün sonra Avropa Liqasında oyunumuz var. “Qarabağ”la oyunda həm özümüz, həm də Türkiyə üçün mübarizə aparacağıq. Biz orda xal toplayıb, irəliləməyə çalışırıq, amma burda hakimlər bizə mane olur”.

Noyabrın 26-da keçiriləcək “Qarabağ” – “Sivasspor” oyununa Bakı vaxtı ilə saat 21:55-də start veriləcək. Matç Türkiyədə – “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button