“Qarabağ”la oyunda hədəfimiz 3 xaldı”

Kiprin APOEL klubunun futbolçusu Linus Hallenius Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Eyni komanda ilə tez-tez oynamaq adi hal deyil. “Qarabağ”la əvvəlki oyunlarda qədər üç fərqli nəticə əldə etmişik. Onların necə oynadığını və bizim necə oynamaq istədiyimizi bilirik. Fərqli oyun olacaq. Meydana çıxdığım hər bir oyunda qol vurmaq istəyirəm. Bu, komandaya kömək etmək üçün hücumçunun işidi. Əsas hədəfimiz üç xaldı. Kimin nə qədər qol vuracağı önəmli deyil. Ümid edirəm ki, bu oyunda bizi dəstəkləməyə çoxlu azarkeş gələcək. Onların dəstəyini gözləyirik”.