“Qarabağ”ın yeni transferi keçmiş klubu ilə vidalaşdı

“Qarabağ”ın yeni transferi Leandro Andrade Bolqarıstanın “Çerno More” klubu ilə vidalaşıb.

Komanda.az xəbər verir ki, 23 yaşlı cinah yarımmüdafiəçisi bu barədə “instaqram” hesabından paylaşım edib. O, paylaşımında bunları qeyd edib:

“Mənə verilən fürsətə görə baş məşqçiyə təşəkkür edirəm. Komanda yoldaşlarıma və mənə dəstək olan bütün azarkeşlərə minnətdaram. Kluba və onunla əlaqəsi olan bütün insanlara uğurlar arzulayıram”.

“Qarabağ” Leandro Andrade ilə müddəti 2025-ci il iyuluna qədər olan müqavilə imzalayıb.