“Qarabağ” – “Makkabi” matçının hakimləri açıqlandı

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Makkabi” (İsrail, Təl-Əviv) ilə keçirəcəyi oyunun hakimləri müəyyənləşib.

Komanda.az xəbər verir ki, oyunu İrlandiyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Robert Hennesi olacaq. Ona yan xətt hakimləri Allen Linç və Emmet Dinan kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Pol Maklaflin yerinə yetirəcək.

“Qarabağ” – “Makkabi” matçı dekabrın 3-də, “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək. Qarşılaşma saat 21:55-də start götürəcək.