“Qarabağ”ın 200 minlik təklifinə “yox” dedilər

“Qarabağ”ın Şotlandiyanın “Sent-Mirren” klubunun qapıçısı Vaçlav Qladkini transfer etmək istədiyini xəbər vermişdik.

Komanda.az xəbər verir ki, Ağdam klubu çexiyalı futbolçu üçün ilk təklifini göndərib. Bu barədə “thescottishsun.co.uk” saytı məlumat yayıb.

“Qarabağ”ın Qladki üçün 200 min funt-sterlinq təklif etdiyini, ancaq Şotlandiya təmsilçisinin bunu qəbul etmədiyi bildirilir. “Köhlən atlar”ın yenidən şotlandlarla danışığa başlayacağı, Qladkiyə isə “Sent-Mirren”də qazandığından 6 dəfə çox məvacib təklif edəcəyi iddia edilir.

2019-cu ilin yanvarından “Sent-Mirren”də çıxış edən Qladkinin transfer dəyəri 300 min avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button