“Qarabağ”ın sabiq qapıçısı “Zrinski”də

“Qarabağ”ın sabiq qapıçısı Miro Varvodiçin yeni komandası müəyyənləşib.

Komanda.az xəbər verir ki, xorvatiyalı qolkiper Bosniya və Herseqovinanın “Zrinski” klubuna keçib.

31 yaşlı qapıçı ilə müqavilənin müddəti 2022-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Varvodiç 2012-ci ilin iyunundan 2013-cü ilin dekabrınadək Ağdam klubunda çıxış edib.