“Prosineçki ikiüzlü idi” – “Qarabağ”ın sabiq futbolçusu

“Qarabağ”ın sabiq qapıçısı Asmir Beqoviç bir müddət Azərbaycan millisini də çalışdıran Robert Prosineçkini ikiüzlü adlandırıb.

Komanda.az xəbər verir ki, yenidən Bosniya və Herseqovina milli komandasına dəvət alan qapıçı yerli mətbuata verdiyi açıqlamada Prosineçki haqda danışıb:

“Baş məşqçi Dusan Bayeviç və köməkçiləri bu yaxınlarda yanıma gəldilər və məni izlədilər. Məşqçilərin futbolçuları izləməsi, onlarla maraqlanması yaxşı haldır, bundan məmnunam. Mən hər zaman milli komanda üçün çalışmışam. Ancaq keçmiş baş məşqçi Prosineçki ikiüzlü idi. Mənə başqa, mətbuata başqa danışırdı”.

Cari mövsümün ilk dövrəsini “Qarabağ”da keçirən Beqoviç, hazırda icarə əsasında “Milan”da çıxış edir. 32 yaşlı qapıçı müqavilə ilə İngiltərənin “Bornmut” klubuna məxsusdur.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button