“Qarabağ”ın sabiq futbolçusu erməni terrorunu pislədi

“Qarabağ”ın sabiq futbolçusu Vaqner da Silva bir neçə gün əvvəl Gəncədə baş verən erməni terrorunu pisləyib.

Komanda.az xəbər verir ki, braziliyalı qapıçı bununla bağlı “instagram” hesabında paylaşım edib. Vaqner üzərində “Pray for Ganja city” (“Gəncə şəhəri üçün dua edin”) sözləri yazılmış şəkil paylaşıb.

Vaqner 2018-2020-ci illərdə “Qarabağ”da çıxış edib.

Oktyabrın 11-də Ermənistan ordusunun Gəncədə yaşayış ərazisini raket atəşinə tutması nəticəsində 9 mülki şəxs ölüb, 40-dan çox insan yaralanıb.