“Qarabağ”ın sabiq futbolçusu ölkəsinə qayıtdı

“Qarabağ”ın sabiq futbolçusu İnnosent Emeqaranın yeni klubu müəyyənləşib.

Komanda.az xəbər verir ki, isveçrəli futbolçu karyerasını ölkəsində davam etdirəcək. O, “Vintertur” klubunda forma geyinəcək. Bu barədə Emeqara sosial şəbəkə hesabında paylaşım edib.

31 yaşlı hücumçu 2014/15 və 2018/19-cu illər mövsümündə “Qarabağ”ın uğurları üçün çalışıb.