“Qarabağ”ın sabiq futbolçusu koronavirusa yoluxdu

Futbol üzrə Bosniya və Herseqovina yığmasının, eləcə də Türkiyənin “Konyaspor” klubunun qapıçısı İbrahim Şehiçdə koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə Bosniya və Herseqovina Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, milli komandanın üzvləri UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində İtaliya ilə oyundan öncə koronavirus testindən keçirilib. Onların arasında yalnız İbrahim Şehiçin COVİD-19 testi pozitiv çıxıb.

Bu üzdən də təcrübəli qolkiper millinin heyətindən çıxarılıb. Əvəzində gənclərdən ibarət yığmanın üzvləri Luka Kacavenda və Belmin Dizdareviç əsas milliyə dəvət alıb.

Bosniya və Herseqovina yığmasında daha öncə Haris Hayradinoviç, Aydin Hasiç, Armin Hodziç və Samir Zelkoviçin də koronavirusa yoluxduğu açıqlanmışdı.

Qeyd edək ki, İbrahim Şehiç 2013-2018-ci illər aralığında “Qarabağ”ın uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button