“Qarabağ”ın sabiq futbolçusu Bolqarıstan klubunda

“Qarabağ”ın sabiq futbolçusu Faysal Rerras karyerasını Bolqarıstanda davam etdirəcək.

Komanda.az xəbər verir ki, 27 yaşlı futbolçu “Levski”yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

O, Bolqarıstan klubu ilə 1,5 illik müqavilə imzalayıb.

Faysal buna qədər Mərakeşin “Mouloudia Ujda” klubunun şərəfini qoruyurdu.

Faysal 2019/20-ci il mövsümündə “Qarabağ”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button