Sabiq futbolçusu Qurban Qurbanovu Zidana bənzətdi: “Az qala stadionda yatırdı”

“Qarabağ”ın sabiq futbolçusu Əlhərbi Əl Jadeyaui karyerasını bitirib.

Komanda.az “dna.fr” saytına istinadən xəbər verir ki, bu barədə 33 yaşlı sabiq cinah yarımmüdafiəçisi Fransa mətbuatına açıqlamasında bildirib. Mərakeşli oyunçu, açıqlamasında bir müddət formasını geyindiyi “Qarabağ” klubu haqda da danışıb:

“Çoxu “Qarabağ”da nə edəcəyimi düşünürdü. Amma ora ən yaxşısı idi. Paltardəyişmə otağına girirsən, hər şey hazırdır, hətta geyinəcəyin butslar da. Ora inkişaf etdiyim ən böyük klubdur.

Orda baş məşqçi Qurban Qurbanovdur. Onu yerli Zidan saymaq olar. Az qala stadionda yatırdı. Çox istəkli idi. Taktiki və texniki cəhətdən mənə çox şey öyrətdi. İnsanlar bu klubun Çempionlar Liqası və Avropa Liqasında daim iştirak etdiyini unudurlar”.

Əl Jadeyaui 2015-ci ildə Fransa “Lans”ından “Qarabağ”a transfer olunub. O, 2017-ci ilin yanvarında Ağdam təmsilçisindən ayrılaraq, Taylandın “Raçaburi” klubuna keçmişdi. 33 yaşlı keçmiş futbolçu son olaraq “Qrenobl”da çıxış edib.