“Qarabağ”ın səfər oyununda azarkeşlər olacaq?

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Sivasspor” (Türkiyə) turnirdə keçirəcəyi ev oyunlarında azarkeşlərin iştirakını istəyir.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub bunun üçün yerli futbol federasiyasına (TFF) rəsmi müraciət edib. Bu barədə klubun prezidenti Göksel Gümüşdağ məlumat verib.

UEFA-nın qaydalarına əsasən, yerli dövlət orqanlarının icazəsi ilə tribunaların 30 faizinə azarkeşlərin buraxılmasına icazə verilir.

“Qarabağ” “Sivasspor”la səfər oyununu noyabrın 5-də keçirəcək.