“Qarabağ”ın rumınlarla oyun saatı açıqlandı

“Qarabağ”ın Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi ikinci yoxlama oyununun başlama saatı müəyyənləşib.

Komanda.az xəbər verir ki, Ağdam klubunun “Universitatya Krayova” (Rumıniya) ilə qarşılaşması sabah Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Ağdam təmsilçisi ilk yoxlama matçında Bolqarıstan “Ludoqorets”inə 0:2 hesabı ilə uduzub. Komanda iyunun 28-də Rusiyanın “Ufa” və iyulun 2-də Çexiyanın “Viktoriya” klubları ilə də yoxlama oyunu keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button