“Qarabağ”ın rəqibinin təxmini heyəti bilindi – 2 dəyişiklik FOTO

Albaniyanın “Partizani” klubunun Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Qarabağ”la cavab oyunu üçün heyəti məlum olub.

Komanda.az xəbər verir ki, Albaniyanın “Panorama Sport” saytı son ölkə çempionunun “Qarabağ” matçı üçün təxmini 11-liyini açıqlayıb. Saytın məlumatına görə, “Partizani”nin baş məşqçisi Franko Lerda ilk oyundakı heyətdə 2 dəyişiklik edəcək.

Lerda “Qarabağ”la cavab oyununda müdafiənin sol cinahında Lorentso Traşiyə, hücumda isə Brayan Brauna şans verəcək. Hər iki oyunçu ilk oyunda meydana sonradan daxil olmuşdu.

“Qarabağ” – “Partizani” matçı iyulun 17-də, “Dalğa Arena”da keçiriləcək. Komandalar arasındakı ilk oyun qolsuz bərabərliklə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button