“Qarabağ”ın rəqibinin hücumçusu “Barselona”nın hədəfində

UEFA Konfrans Liqasında “Qarabağ”ın rəqibi olan İsveçrənin “Bazel” klubunun futbolçusu Artur Kabral “Barselona”ya transfer edilə bilər.

Komanda.az xəbər verir ki, Kataloniya klubunun skautları 23 yaşlı hücumçunun çıxışını izləyiblər. Bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Braziliyalı hücumçunu “Barselona”ya komandanın keçmiş futbolçusu və hazırda skautu olan Deku məsləhət görüb.

“Barselona” Kabralı mövsümün sonunda 8 milyon avroya almaq şərti ilə qışda icarəyə götürə bilər. Amma bu keçid hansısa oyunçunun satılacağı və ya futbolçuların maaşlarının azaldılacağı halda baş tutacaq.

“Bazel” “Qarabağ”la birlikdə UEFA Konfrans Liqasının H qrupunda mübarizə aparır. Hər iki komanda vaxtından əvvəl pley-offa vəsiqəni təmin edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button