“Qarabağ”ın rəqibindən inamlı qələbə

Futbol üzrə İsveçrə çempionatında 11-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Avropa Konfrans Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Bazel” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Luqano” ilə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan qələbə ilə ayrılıb – 2:0.

“Bazel” 11 turdan sonra 25 xalla 10 kollektiv arasında zirvədə qərarlaşıb.

“Qarabağ” “Bazel”lə Bakıda baş tutan ilk oyundan qolsuz heç-heçə ilə ayrılıb. Bu komandalar arasındakı ikinci matç dekabrın 10-da İsveçrədə baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button