“Qarabağ”ın rəqibinə qələbə üçün bir qol bəs etdi

Futbol üzrə Qazaxıstan çempionatında 21-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Avropa Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Kayrat” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Qızıljar”la qarşılaşıb. Görüş “Kayrat”ın qələbəsi ilə başa çatıb – 1:0.

“Kayrat” bu qələbədən sonra 40 xalla 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, “Qarabağ”la “Kayrat” qrupda ardıcıl – 3 və 4-cü turlarda qarşılaşacaq. İlk oyun oktyabrın 21-də, ikinci oyun noyabrın 4-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button