“Qarabağ”ın rəqibi səfərdən əliboş döndü

Futbol üzrə Lüksemburq çempionatında 5-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Düdelanj” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Hostert”lə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

“Düdelanj” hazırda 4 xalla 14 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.

“Qarabağ”ın “Düdelanj”la ilk oyunu oktyabrın 3-də səfərdə, cavab görüşü isə dekabrın 12-də Bakıda baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button