“Qarabağ”ın rəqibi hücumçu transfer edir

“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan “Dandalk” klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, İrlandiya təmsilçisi “Uoterford”da forma geyinən Zek Elbusedi transfer etməyə yaxındır. Bu barədə İrlandiya mətbuatı məlumat yayıb.

Xəbərdə, “Dandalk”ın son 3 aydır ki, 21 yaşlı hücumçunu izlədiyi bildirilir. Son İrlandiya çempionunun Elbused üçün ilk rəsmi təklifini etdiyini, ancaq “Uoterford”un bunu rədd etdiyi bildirilib. “Dandalk” 21 yaşadək futbolçulardan ibarət İrlandiya millisinin də formasını geyinən hücumçu üçün yeni təklif göndərəcək.

“Qarabağ” “Dandalk”la ilk oyunu səfərdə keçirib və 1:1 hesablı heç-heçə edib. Komandalar arasındakı cavab matçı iyulun 31-də, “Dalğa Arena”da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button