“Qarabağ”ın rəqibi “Eybar”a məğlub oldu

Futbol üzrə İspaniya La Liqasında 6-cı turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Sevilya” da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Eybar”la qarşılaşıb. Ağdam klubunun rəqibi bu görüşdən məğlubiyyətlə ayrılıb – 2:3.

“Sevilya” hazırda 10 xalla 20 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.

“Qarabağ” İspaniya klubu ilə Bakıda baş tutan ilk oyunda məğlub olub – 0:3. Bu komandalar arasındakı cavab görüşü isə noyabrın 28-də səfərdə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button